Oğul atasını ÖLDÜRDÜ

22:19 29.04.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Göyçayda qətl hadisəsi baş verib. Hadisə axşam saatlarında rayonun Qaraxıdır kəndi ərazisində qeydə alınıb.

DİN-in Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, Göyçay rayon sakini, 1961-ci il təvəllüdlü Əhmədov Eynulla Sahabqulu oğlunun əllə yetirilən xəsarətdən ölməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən E.Əhmədovun oğlu Kamal Əhmədov saxlanılıb.

Araşdırma aparılır.