Oğuzda narkotiklərlə əlaqəli 2 nəfər saxlanılıb

10:19 14.04.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər məhkum olunmuş Qardaş Abdullayev və Teymur Sadıqov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, onlardan narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanıb, araşdırmalar davam etdirilir.

Oxunma sayı 50