Elm adamları, son milyon ildə Qrenlandiyanın çox hissəsinin yaşıl olduğu bir dövrdən keçdiyini aşkar ediblər. Tapıntılar buzla örtülmüş adanın dəniz səviyyəsinin yüksəlməsinə əvvəllər düşünüldüyündən daha çox töhfə verdiyini göstərir.
Hafta.az-ın “Science Alert”ə istinadən yazddığına görə, Qrenlandiya hazırda təxminən 80 faiz buz örtüyündən ibarətdir və elm adamları adanın bir neçə milyon il ərzində əsasən buzdan ibarət olduğunu düşünürdülər.
2016-cı ildə nəşr olunan bir araşdırmada, 1993-cü ildə Qrenlandiyanın mərkəzində tapılan buz nüvəsini araşdıran tədqiqatçılar, buz örtüyünün ən çox 1,1 milyon yaşında ola biləcəyini irəli sürdülər.
Komanda bir dəfə kompüter modelindən istifadə edərək adanın 90 faizinin buzsuz olduğunu bildirmişdi. Bununla belə, bu mübahisəli araşdırma Qrenlandiyanın son bir neçə milyon il ərzində nəhəng buz kütləsi olduğu nəzəriyyəsini təkzib edə bilmədi.
2019-cu ildə apardığı araşdırmada ayrı bir tədqiqat qrupu Qrenlandiyanın sahillərində yerləşən Camp Century-də başqa bir buz nüvəsini təhlil etdi, içərisində yarpaq və yosun izləri tapdı. Yaşıl bir mühitə işarə edən bu tapıntılar komandanı şoka saldı.
Bu araşdırmada iştirak edən Vermont Universitetindən Paul Bayerman 1993-cü ildə kəşf edilən GISP2 adlı buz nüvəsini yenidən araşdırmaq qərarına gəlib.
Bayerman və həmkarları adanın mərkəzində və üç kilometr qalınlığında olan bu buz nüvəsinin dibindəki çöküntüdəki fosilləri analiz ediblər.
“PNAS” jurnalında öz nəticələrini dərc edən tədqiqatçılar nazik təbəqədə söyüd ağacı, mamır sporları, göbələklər, həşərat gözləri və xaşxaş toxumu qalıqlarını aşkar ediblər. Bunlar buzun altında donmuş ekosistemə işarə edir və Qrenlandiyanın düşündüyündən daha çox əriməyə həssas olduğunu göstərir.
Bayerman, "Buz qapağının mərkəzində bu fosillərin tapılması, Qrenlandiyanın buzunun keçmişdə yoxa çıxdığının inkaredilməz sübutudur" deyir və əlavə edir: "Və buz örtüyünün mərkəzi yox olanda hər şey öz yerinə gedir".
Elm adamları, 2016-cı ildə aparılan bir araşdırmada təklif edildiyi kimi, adanın 90 faizinin bir vaxtlar buzdan azad olduğunu bildirirlər.
"Buz yox olmalı idi, çünki əks halda nə bitkilər, nə həşəratlar, nə də torpaq göbələkləri olmazdı" deyə Bayerman izah edir: "Biz indi əminik ki, buz təkcə Kamp Kenturidə deyil, həm də GISP2-də yoxa çıxıb”.
Atmosferdəki karbon qazının çox aşağı olduğu bir vaxtda Qrenlandiyanın buz örtüyünün əriməsi adanın dəniz səviyyəsinin yüksəlməsindəki rolu ilə bağlı narahatlıqları artırıb.
Bayerman bu fikirdədir ki, Qrenlandiya indi əriyərək okeanlardakı suyu artıran əsas amildir.
Alimlər bildirirlər ki, qalıq yanacaqlardan istixana qazları emissiyası dayandırılmasa, Qrenlandiyada buzlar yaxın bir neçə əsrdən bir neçə min il ərzində demək olar ki, tamamilə əriyəcək və dəniz səviyyəsinin 7 metr qalxmasına səbəb olacaq.
Bu, uzun müddət kimi görünə bilər, lakin Bayerman dənizin yüksəlmə sürətinin getdikcə sürətləndiyini bildirir. Bayerman insanların evlərini və iş yerlərini itirəcəyini söyləyərək əlavə edib: "İnsanlar məndən bunun nə üçün vacib olduğunu soruşduqda, sevdiyiniz çimərliyi təsəvvür edin".