Yazını böyüt
Yazını kiçilt
Ordubad rayonunda yağan güclü yağış səbəbindən qaya uçqunu baş verib.
Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən bildirilib ki, hadisə nəticəsində qaya parçaları Pəzməri kənd avtomobil yoluna tökülüb və nəqliyyat vasitələrinin hərəkəti dayanıb.
Yolun açılması üçün hadisə yerinə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları və texnikası əraziyə cəlb olunub.
Qısa müddət ərzində yol təmizlənib və hərəkət bərpa edilib.