Parlamentin mayda xüsusi iclası keçiriləcək

13:57 12.02.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Milli Məclisiin “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş xüsusi iclası keçiriləcək.

Hafta.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planında əksini tapıb.

Qeyd edək ki, parlamentin xüsusi iclası 28 May Müstəqillik Günü ilə əlaqədar may ayında keçiriləcək.