Paşinyanın mətbuat katibi onun Türkiyə səfəri haqda nə dedi?..

17:43 12.06.2025 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Mediada yayılana xəbərlərə görə, Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün iyunun 20-də Ankaraya gedəcək. Erməni KİV bu haqda hələlik tam rəsmi məlumat yaymayıb.

Hafta.az xəbər verir ki, Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan “Haykakan Jamanak”ın aydınlaşdırıcı sualına cavab olaraq belə deyib:

“Ermənistan Respublikasının baş nazirinin bütün beynəlxalq səfərləri ilə bağlı lazımi məlumat vaxtında verilir”.