Pentaqon kütləvi ixtisarlara hazırlaşır

10:58 22.02.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ Müdafiə Nazirliyi sınaq müddətində olan 5400-ə yaxın mülki əməkdaşı işdən kənarlaşdırmağa hazırlaşır.

Bu barədə Pentaqonun yaydığı bəyanatda deyilir.

“Müdafiə Nazirliyi sınaq müddətində olan əməkdaşların ştatını təkrar nəzərdən keçirir. Biz sınaq müddətində olan 5400-ə yaxın (mülki) xidmətçinin ilkin səylər çərçivəsində artıq gələn həftədən işdən azad olunacağını gözləyirik”, -deyə bəyanatda qeyd olunur.

Bəyanatda o da bildirilir ki, insan resursları ilə bağlı Pentaqonun tələbatları tam şəkildə təhlil olunana qədər işə qəbul prosesi müvəqqəti olaraq dayandırılacaq.