PKK Paşinyana qəzəbləndi - O, ERMƏNİ TARİXİNƏ XƏYANƏT ETDİ

09:40 01.10.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Terror təşkilatı PKK-nın qondarma Xarici Əlaqələr rəsmilərindən biri olan Zaqros Hiva, İrəvan hökumətinin iki PKK üzvünü Türkiyəyə ekstradisiya etməsinə “Paşinyan hökumətinin erməni tarixinə xəyanəti” sözləri ilə reaksiya verib.

Hafta.az-ın yazdığına görə, mövzu ilə bağlı “El Nehar El Arabi” qəzetinə açıqlama verən Hiva, Ermənistan tərəfindən Türkiyəyə ekstradisiya edilən terrorçular Atilla Çiçək və Hüseyn Yıldırımın 2021-ci ilin noyabr ayında Avareş çayını keçmək istəyərkən erməni əsgərlər tərəfindən yaxalandığını bildirib. Hiva əlavə edib ki, Ermənistanda iki PKK üzvü 8 il həbs cəzasına məhkum edilib.

İki PKK-çının həbsi ilə bağlı Ermənistan hökuməti ilə birbaşa əlaqəsinin olmadığını deyən Hiva, “Paşinyan hökumətinin yoldaşlarımızı Türkiyəyə təslim etməsini kürdlərə xəyanət kimi görmürük. Bu, rəsmi İrəvanın erməni xalqının tarixində ən böyük xəyanəti adlandırıla bilər. Biz bilirik ki, erməni xalqının əsl nümayəndələri bu xəyanəti qəbul etmədilər. Bu xəyanət bizim erməni xalqı ilə münasibətlərimizə xələl gətirməyəcək", - deyib.

Xatırladaq ki, Milli İstihbarat Təşkilatı sentyabrın 23-də sərhəddə keçirdiyi əməliyyat nəticəsində PKK üzvləri Atilla Çiçək və Hüseyn Yıldırımı yaxalayaraq Türkiyəyə gətirib. Amma PKK sentyabrın 25-də verdiyi açıqlamada həmin 2 PKK-çının Ermənistan tərəfindən Türkiyəyə verildiyini iddia edib.

Oxunma sayı 1787