Polis 36 nəfəri borca görə saxladı

11:52 16.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avqustun 15-də ölkə ərazisində qeydə alınan 42, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 60, o cümlədən borclu şəxs qismində axtarışda olan 36 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

 

Narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb.

Oxunma sayı 113