Polşa dünyanın ən dərin hovuzunu inşa edir

10:48 24.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Polşa dünyanın ən dərin hovuzunu inşa edir.

Hafta.az xəbər verir ki, hovuzun dərinliyi 45 metr olacaq. 27 ədəd olimpiya baseyninin suyunu tutacaq hovuzun avqustda istifadəyə veriləcəyi nəzərdə tutulur.

Hovuz dərinə dalma ( dayving ) idman növü ilə məşğul olanlar üçün düşünülüb. Həmçinin dərinlikdə qoruyucu şüşələr arxasında kafe, mehmanxana və konfrans zalları da inşa olunacaq ki, bu da idmançıları seyr etməyə imkan verəcək.