Prezident 33 məhkumu əfv etdi

10:10 25.04.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Gürcüstan prezidenti Mixeil Qavelaşvili Konstitusiyanın ona verdiyi səlahiyyət çərçivəsində Pasxa bayramı ilə əlaqədar 33 məhkumu əfv edib.

Hafta.az-ın yazdığına görə, məlumatı Gürcüstan Prezidentinin Administrasiyası yayır.

Məlumata əsasən, əfv olunan şəxslər cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra ailələrinin yanına qayıtmaq və yenidən cəmiyyətin tamhüquqlu üzvü olmaq imkanı əldə edəcəklər.