İsrailin keçmiş baş naziri Naftali Bennet altı aydan sonra verdiyi ilk müsahibəsində 2021-ci ilin oktyabrında Soçidə Rusiya prezidenti Vladimir Putinlə şəxsi görüşü ilə bağlı xatirələrini bölüşüb. İsrailli siyasətçinin sözlərinə görə, Rusiya lideri nəzakətli, qonaqpərvər olub və Soçi iqamətgahında araqdan dadmaq dəvəti ilə təəccübləndirib.
Hafta.az xəbər verir ki, bu haqda İsrail mediası məlumat yayıb.
"Görüş beş-altı saat davam etdi. Biz çox uzun müddət bizim üçün sadəcə maraqlı olan müxtəlif mövzularda, məsələn, hərbi tarix, SSRİ-nin İkinci Dünya müharibəsindəki rolu haqqında danışdıq", - Bennet bildirib.
"Söhbətin sonunda o, mənə sahilboyu gəzməyi təklif etdi. Biz onun Soçidəki möhtəşəm sarayından (Boçarov Ruçey iqamətgahı) çıxdıq, bura kurort şəhəridir. <...> O, dedi: " Mən heç vaxt heç kəsi şəxsi evimə dəvət etmirəm, amma sizi dəvət etmək istəyirəm". Amma onun kimisə dəvət edib-etmədiyini sizə dəqiq deyə bilmərəm", - deyə sabiq baş nazir bildirib.
Bennettin dediyinə görə, Rusiya prezidenti sonda onu şəxsi mənzilinə aparıb. Bennettin sözlərinə görə, bu dəvət onu təəccübləndirib.
"Onun spirtli içkisi var idi. Mən viski kimi güclü içkiləri sevmirəm, uzaqbaşı, şərab içə bilərəm. Amma orada şərab koşer(yəhudilər üçün halal-S.L.) deyildi" -deyən Bennet gülümsəyərək xatırlayıb.
Keçmiş baş nazir bu vəziyyətin onu müəyyən çaşqınlığa sürüklədiyini etiraf edib. "O, [Putin] bir şüşə şərab çıxarır, mən tərcüməçi rolunu oynayan İsrail tikinti naziri Zeev Elkinə baxıb deyirəm: "Ona deyin ki, indi mənim şərab içməyə həvəsim yoxdur". Onda Putin soruşur: "Nə içəcəksiniz?” Nə istəyəcəyimi bilmirəm, çünki mən içki sahəsində böyük mütəxəssis deyiləm.O soruşur: "Nə içəcəksiniz? Araq?" Yalnız üçümüzük - mən, o və Elkin tərcüməçi kimi. Mən bir şeyi başa düşdüm - onun əlində araq var idi və mən də razılaşdım. Mən araq içməyə məcbur oldum", - deyə Bennet bildirib.