Putin Xocalı caniləri Köçəryan və Sərkisyanı Yeni il münasibətilə təbrik etdi...

15:50 30.12.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Rusiya prezidenti Vladimir Putin Ermənistanın Xocalı qatilləri olan eks-prezidentlər Robert Köçəryana və Serj Sarkisyana Yeni il və Milad bayramları münasibətilə təbrik teleqramları göndərib.

Hafta.az xəbər verir ki, “Hraparak”ın yazdığına görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. 

Məhz Köçəryan və Sərkisyanla bağlı müxalifət dairələrinə xidmət edən erməni nəşri bir növ Putinin Xocalı canilərini təbrik etməsinə haqq qazandırmaq üçün belə yazır:

 “Putin, həmişə olduğu kimi, Qazaxıstanın keçmiş prezidenti Norsultan Nazarbayevi və Almaniyanın keçmiş kansleri Gerhard Şröderi də təbrik edib. Rusiya rəhbəri hər zaman Ermənistanın keçmiş prezidentlərini bayramlar və ad günləri münasibətilə təbrik edir”.