Putinin 1990-cı illərin əvvəllərində Finlandiya sərgüzəştləri

09:33 25.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Finlandiyanın Yle telekanalı, 1990-cı illərin əvvəllərində Sankt-Peterburq merinin müavini olan Vladimir Putinin mayın 1-də öz rəhbəri, şəhərin meri Anatoli Sobçak və yaxın dostları ilə Finlandiyada keçirdiyi tətildən videosujetlər yayımlayıb.

Hafta.az-ın yazdığına görə, həmin illərdə ölkənin ən islahatçı və qərbli simalarından biri olan Sobçak 1991-1996-cı illərdə Sankt-Peterburqun meri olub. SSRİ-nin dağılandan sonra Almaniyadakı KQB-dən qayıdan Putin həm də merin müavini və prezident aparatında xarici əlaqələr komitəsinin sədri olub.

Stolüstü tennis oynamaqdan tutmuş birlikdə yemək yeməyə və mehriban bayram mühitində zarafat etməyə qədər rəngarəng səhnələrin yer aldığı videoda “Adidas” idman kostyumu geyinmiş "gənc Putin" diqqət çəkir.

Yle TV-nin məlumatına görə, çəkiliş Finlandiyanın cənub-qərbində, Botniya körfəzindəki Torsön adasındakı o vaxt Rusiyadan taxta idxal edən “Thomesto Group”un villasında baş verib. Rusiyanın yerli siyasətçiləri may tətilini Putinin keçmiş həyat yoldaşı Lyudmila da daxil olmaqla ailələri ilə Finlandiyada keçirirdilər.

Birinci videoda Putin Sobçakla stolüstü tennis oynayır. İkinci videoda balıq tutma görüntüləri, üçüncü videoda isə Putinin iştirak etdiyi dart oyunu göstərilir. Dördüncü videoda Putin və Sobçak da daxil olmaqla azı 8 nəfərin yemək-içməklə dolu masada zarafatlar etdikləri yer alır.

Putin 1996-cı ildə siyasi rəqibləri tərəfindən ona qarşı açılan cinayət işlərinə görə Moskvaya köçdükdən sonra Sobçak ölkəni tərk edib və 2000-ci ildə müalicə olunduğu Parisdə dünyasını dəyişib. Onun qızı Kseniya Sobçak mer postundan getdikdən sonra atasının zorakılığa məruz qaldığını və Putinin bunun qarşısını almağa kömək etdiyini, buna görə ona minnətdar olduğunu bildirib.

Oxunma sayı 257