Putinin Qarabağdakı milyarder “desant”ı Paşinyanın  generalıyla əməkdaşlıqdan danışdı...

19:40 29.05.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Biz hər şeyi qoyub vətəni müdafiə etməliyik. Əgər hamımız heç kimin pozmayacağı açıq şəkildə ifadə edilmiş ideya ətrafında birləşsək, mən problem görmürəm".

Hafta.az xəbər verir ki, NEWS.am-ın “Güc faktoru” proqramının efirində bunu Azərbaycan torpağındakı 32 "yaşlı" separatçı-terrorçu rejimin keçmiş "dövlət naziri" Ruben Vardanyan Qarabağdakı qondarma “özünümüdafiə ordusu”nun sabiq "baş komandan"ı, Ermənistan baş naziri N.Paşinyanın "adamı" sayılan general-mayor Samvel Babayanla mümkün əməkdaşlıq barədə sualı cavablandırarkən çərənləyib.

“Başqa məsələ odur ki, Babayanın Artsaxda müsbət və mənfi tərəfləri ilə öz tarixçəsi var... Mən artıq öz mövqeyimi bildirmişəm. Mən Samvel Babayanın planı ilə tanışam, onun təcrübəsi var və insanlar onu qəbul edirlər, lakin 21-ci əsrdə yeni çağırışlar meydana çıxıb, ona görə də ideyalar səsləndirilə bilər, lakin onlar xalq tərəfindən dəstəklənməlidir”,- Vardanyan bildirib.

Onun sözlərinə görə, Samvel Babayanın kiçik mitinqi göstərdi ki, iki aydan artıq keçirilən mitinqlərə baxmayaraq, insanlar onu dəstəkləməyə hazır deyillər.

“Ona görə də, prezidentin (baş separatçı Arayik-S.L.) dediyi kimi, biz birləşməli və mövqeləri dəyişməyə yox, düşmənlə döyüşməyə hazırlaşmalıyıq", - deyə Putinin milyarder "desant"ı adlanan erməni iş adamı Azərbaycanın suverenliyinə qarşı növbəti çağırış edib.

Oxunma sayı 155