Qadın avtobusdan yıxılaraq ÖLDÜ

09:21 22.05.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda qadın avtobusdan yıxılaraq ölüb.

Hafta.az xəbər verir ki, hadisə Zabrat qəsəbəsində baş verib.

Sarvan Məhərrəmovun idarə etdiyi "Daewoo" markalı avtobusda 1964-cü il təvəllüdlü Tamella Cəfərova nəqliyyat vasitəsinin ön giriş qapısından təkərin altına düşüb.

Qadın aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.