Qadını avtobusdan atan sürücü saxlanılmayıb - Rəsmi açıqlama

12:31 30.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sumqayıt şəhərində polis tərəfindən avtobus sürücüsünün saxlanılması ilə bağlı yayılan məlumatlar əsassızdır.

Bu barədə hafta.az-a DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev-ə bildirib

Müvafiq ekspertizalar təyin edilib, araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Sumqayıtda marşrut avtobusunda sürücü ilə sərnişin arasında insident baş verib.

Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.

Trend xəbər verir ki, hadisə bir neçə gün öncə Sumqayıt Şəhər İcra Hakimiyyətinə məxsus olan şəhərdaxili avtobuslardan birində yaşanıb. Mübahisə zamanı qadın sərnişin sürücünü təhqir edib. Daha sonra əlindəki çanta ilə onun başından vurub. Bundan sonra sürücü qadını təpiklə itələyərək avtobusdan atıb. Hadisə zamanı qadın qapıdan yola yıxılıb.

 
Oxunma sayı 121