Qarabağ bölgəsində silah-sursatın müsadirəsi prosesi davam edir - VİDEO

19:13 24.09.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qarabağ bölgəsindəki müxtəlif ərazilərdə növbəti döyüş texnikası, hərbi avadanlıqlar, həmçinin anbar kimi istifadə edilən mülki tikililərdən silah-sursat müsadirə edilib.

Bu barədə hafta.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Xeyli sayda raket, artilleriya mərmiləri və minalar olan anbarda, həmçinin müxtəlif çaplı döyüş sursatları da aşkar edilib.

Qeyd edək ki, bölgədə silah, sursat və döyüş texnikasının müsadirəsi davam etdirilir.

Oxunma sayı 71