Qarabaşaq yenidən qlobal trendə çevrilir

10:43 04.03.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Forbes” jurnalı 2024-cü ildə dünyada trend olacağı gözlənilən işlənməmiş qidaları sıralayıb.

Hafta.az-ın yazdığına görə, jurnal ən məşhur karbohidrat mənbəyi olan qarabaşaq yarmasını da gündəmə gəlməsi gözlənilən 10 tendensiya arasında qeyd edib.

Klaudia Alarcon tərəfindən yazılan məqalədə, hazırda Rusiyada əsas ərzaq nümunəslərindən sayıllanqarabaşaq yarmasının zülal, karbohidrat və lif ehtiva edən təbii "super qida" olduğuna diqqət çəkilir.

Qarabaşaq Rusiyaya Yunanıstandan gəldiyi üçün ona rusca “qreçka” deyirlər. Məşhur fransız yazıçısı Aleksandr Düma “Mənim kulinariya lüğətim” kitabında Asiya mənşəli bitkinin Afrikadan keçərək İspaniyaya, oradan da bütün Avropaya yayıldığını iddia edir.

Köhnə mənbələrdə qarabaşağın 19-cu əsrə aid olduğu deyilir. Bu onu göstərir ki, XI əsrdən əvvəl bu gün Rusiyada olduğu kimi Avropada da əsas qida mənbəyi olub.

Oxunma sayı 236