Qazaxıstan Daxili İşlər Nazirliyinin Miqrasiya Xidmətləri Komitəsi son vaxtlar gündəmdə olan Rusiya vətəndaşlarının qeyri-qanuni yolla əldə etdiyi fərdi identifikasiya nömrələrinin (PİN) silinməsi ilə bağlı məlumatı təsdiqləyib.
Hafta.az-ın yazdığına görə, bu haqda sözügedən komitə açıqlama verib.
Miqrasiya Xidməti Komitəsinin sədri Aslan Atalıkov bildirib ki, bəzi əcnəbilərə fərdi identifikasiya nömrəsinin verilməsi ilə bağlı qanun pozuntuları aşkar edilib.
Atalıkov açıqlamasında "Qeydiyyat qaydasını pozaraq, şəxsiyyət vəsiqəsini alan şəxslərin nömrələrini ləğv etdik. Hazırda araşdırma aparılır. Onların hansı maddə ilə araşdırıldığını deyə bilmərəm, çünki bu, istintaq idarəsinin səlahiyyətindədir. İstintaq başa çatdıqdan sonra müvafiq açıqlama veriləcək. Lakin hələlik istintaq sirri saxlanılır və yoxlama aparılır" dyib.
Qazaxıstan qanunvericiliyinə görə, fərdi identifikasiya nömrəsini almaq üçün ərizəçi şəxsən iştirak etməlidir. Buna görə də uzaqdan əməliyyat qanunsuz hesab olunur. Qazaxıstan qanunvericiliyinə görə, fərdi identifikasiya nömrəsi müəyyən hallarda ləğv edilə bilər. Qeydiyyat zamanı qeyri-müntəzəm vəziyyətin aşkar edilməsi bu hallardan biridir.
Daxili İşlər Nazirliyinin məlumatına görə, bu il Qazaxıstanda 9 min Rusiya vətəndaşına fərdi identifikasiya nömrəsi verilib. Ötən il isə ölkədə toplam 435408 əcnəbi şəxsi identifikasiya nömrəsini qeydiyyatdan keçirib. Onların arasında Rusiya vətəndaşlarının sayının 233013 olub.