Qazaxıstanda işarə dili qazax türkcəsinə çevrilir

09:18 17.02.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstanın Qumilyov Avrasiya Universitetində doktorantura təhsilini başa vuran və süni intellekt tərəfindən dəstəklənən layihəyə imza atan alim Nurzada Amangəldi qazax işarə dilinin transkripsiyasına dair müxtəlif tədqiqatlar aparır.

Hafta.az-ın yazdığına görə, universitetin süni intellekt texnologiyaları bölməsində apardığı araşdırmalarla eşitmə qüsurlu insanlara rahatlıq təmin etməyi hədəfləyən Amangəldi, süni intellektin dəstəyi ilə işarə dilini qazax mətninə köçürdüklərini bildirib. O, "Araşdırmalar davam edir. İşarə dilindən istifadə edən insanların nitqini mətnə ​​çevirməkdə uğur qazandıq. Əl hərəkətlərini, dodaq formalarını tanıyırıq və elektron məlumatları işarət dilinə uyğunlaşdırırıq" deyib.

Qazax işarət dilində 2500 ilə 3000 arasında söz olduğunu və hələ dəqiq standartların hazırlanmadığını qeyd edən Amangəldi təcrübə apardıqlarını və 400 sözün başa düşülən olduğunu bildirib.

Amangəldi ölkədə savadlıların sayını artırmaq, eşitmə qüsurlu insanların cəmiyyətə inteqrasiyasını hədəflədiyini vurğulayıb. “The Astana Times” qəzetində yer alan açıqlamaya görə, Amangəldi, “Mən ilk dəfə eşitmə məhdudiyyətli insanlara layihəmi təqdim edəndə, “Bizim çoxlu daha aktual problemlərimiz var” dedilər. İnanıram ki, onların savadını artırsaq, cəmiyyətdə daha fəal iştirak edə bilərlər” deyə bildirib.

Məktəbəqədər təhsil müəssisələri ilə birgə çalışdıqlarını deyən Amangəldi layihənin sınaq mərhələsində olduğunu vurğulayıb.