Qətldə şübhəli bilinən şəxs saxlanılıb

22:24 20.05.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mayın 20-də saat 20 radələrində Masallı rayonunun Şıxlar kəndi ərazisində rayonun Qasımlı kənd sakini, 1971-ci il təvəllüdlü Seymur Alışanovun ov silahı və kəsici alətlə qətlə yetirilməsi ilə bağlı polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan hafta.az-a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən həmkəndlisi, 1994-cü il təvəllüdlü Aslan Ağazadə saxlanılıb. Hadisə şəxsi münaqişə zəminində baş verib.

Araşdırma aparılır.

Oxunma sayı 61