Qəzzada həlak olan jurnalistlərin SAYI

10:14 16.12.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qəzza zolağına edilən hücumlarda daha bir jurnalist həyatını itirib.

Bu haqda Qəzza hökumətinin Media Ofisi məlumat yayıb.

Bildirilib ki, Qəzza zolağının mərkəzi hissəsindəki Nusayrat qaçqınlar düşərgəsinə təşkil edilən hücumda “Əl-Cəzirə” televiziyasının operatoru Əhməd Əl-Lavh həlak olub.

Qeyd edilib ki, 2023-cü il oktyabrın 7-dən Qəzza zolağında öldürülən jurnalistlərin sayı 196-ya yüksəlib.