“Qızılqum” sanatoriyasında cəhənnəmi yaşayanlar – Şikayət

12:14 13.07.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Xəbər verildiyi kimi, Prezidentin sərəncamına əsasən Pirşağı qəsəbəsinin “Qızılqum” sanatoriyasında məskunlaşıb  uzun illərdir  burda yaşayan Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Xocalı və digər işğal edilən rayonlarımızdan olan qaçqın və  məcburi köçkün  ailələr 2021-ci ilin may ayından etibarən çox qısa müddətdə  Ramana qəsəbəsində tikilən yeni yaşayış binalarına köçürülüb. 

Bundan bir ay sonra isə sanatoriyada qalan 12 -14 ailədən bir neçəsi də köçrülüb. Amma hələ də tamamilə yaşayış üçün yararsız olan “Qızılqumda” ailələr qalır. Kimlərəsə söz verilir ki, səni Şuşaya köçürəcəyik. Artıq yaşadığı bu şəraitdən bezən və dərdinin əlacını

Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsində axtaran  Şuşa Sakini Sədaqət Əhmədovaya da verilən cavab belə olub. “Sən gözlə, Şuşaya aparacaqlar”.

Bu barədə hafta.az-a danışan S.Əhmədova deyir ki, son dəfə iyul ayının 7-də QaçqınKomda olub. O. “Qızılqum”da yaşayan camaat köçürüləndən sonra ərazinin çox acınacaqlı vəziyyətdə olduğunu deyib. Amma aidiyyatı orqanın nümayəndələri az qala qadını ələ salıblar,

“Camaat hamısı köçürülüb, bina dağılıb, hər an uça bilər. Bunlar da bizə deyirlər ki, siz qalın, sizi Şuşaya aparacaqlar. Əlbəttə mən vətənimi istəyirəm. Amma bilirəm ki, bu dəqiqə ora köçmək mümkün deyil. “Qızılqum” sanatoriyası yaşayış üçün tamamilə yararsız olub. Bunu həmin o idarələr də bilir. Qaçqınlarla görüşə gələn Sabunçu rayon  QaçqınKom nümayəndəsi Tural Qasımov qaçqınlara “bizlik deyil” deyir. Yaxud digər aidiyyatı orqanlar iddia edirlər ki, mənzil yoxdur, yaxud da bəhanə edirlər ki, biz gələndə sizin qapı bağlı idi, nə bilək orda yaşayırsız. Amma hamı bilir ki, mən 18 ildir o yerin sakini olmuşam”.

S.Əhmədova deyir ki, onun kimi Qızılqumda bir neçə ailə qalıb. Kimisi hansısa binanın açılışını gözləyir, kimisinə də “gözləyin deyib, vaxtı uzadırlar”. Şikayətçi xanın artıq Prezidentə, 1-ci vitse-prezidentə, Dövlət Qaçqınkoma məktubla müraciət edib.

Prezidentə ünvanlanan məktubda deyilir ki, qaçqınların köçürülməsi ilə bağlı ölkə başçısının verdiyi məlum sərəncam məlum olmayan səbəbdən məmurlar tərəfindən yarımçıq həyata keçirilib.

“Bu gün "Qızılqum Sanatoriyası" demək olar ki, xarabalığa, zibilxanaya çevrilib. Qızılqumda Qaçqın insanların qaldığı evlərin işıqları günün günorta çağı kəsilib aparılır. Bu gün Qaçqınların suyu, kanalizasiya xəttləri, işıq xətləri, binanın fasadı, pilləkənləri dağıdılıb, daşları, taxtaları, dəmirləri kəsilib satılır. Bina çox ciddi təhlükədədir. Hər an hansısa faciə baş verə bilər. Burada insanın yaşaması üçün heç bir şərait yoxdur. Xəstəlik, cinayət ocağıdır. Biz bu barədə 1 aydır ki, sanatoriyanın müdiri, komendantı, ərazinin polisi, eləcə də QaçqınKomun bu əraziyə baxan rəsmilərinə, ərazi üzrə millət vəkillərinə bildirmişik. Amma heç biri dəqiq bir söz demir, məsuliyyəti öz üzərinə götürmür...

Cənab Prezident, xahiş edirik bizi buradan xilas edin”.

Oxunma sayı 3823