Qohumuna qarşı dələduzluq edən təşkilat sədri saxlanılıb

17:16 17.05.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qohumuna qarşı dələduzluq edən Son Ümid Xalq Hərəkatının sədri Əliyev Ramin Eldar oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə hafta.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilir ki, xalası oğlu Səbuhi Mehrəliyev R.Əliyevin ona qarşı 11 min manatdan çox dələduzluq etməsi ilə bağlı müraciəti əsasında Tovuz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Cinayət işi üzrə çağırışdan yayınan R.Əliyev Bakı şəhərində saxlanılaraq istintaqa təhvil verilib.

 

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Oxunma sayı 84