“Qrip kimi COVID-19 ilə yaşamağı öyrənməliyik” - ÜST

11:14 21.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“12 yaşa qədər uşaqların COVID-19 əleyhinə peyvənd edilməsi ilə bağlı qərarın verilməsi bir müddət çəkə bilər”.

Hafta.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional bürosunun direktoru doktor Hans Kluge bəyan edib.

Onun sözlərinə görə, yaşlılara və immuniteti zəif olan insanlara buster dozasını tətbiq etmək lazımdır: “Məktəblərin açıq qalması çox vacib olduğu üçün 12 yaşdan yuxarı yeniyetmələrin peyvənd olunması lazımdır”.

ÜST-nin regional direktoru hesab edir ki, gələn il planet COVID-19-dan deyil, pandemiyadan azad olacaq: “Başqa sözlə, qrip kimi COVID-19 ilə yaşamağı öyrənməliyik. Hazırda pandemiyadan qurtarmaq üçün 60 milyard dozaya ehtiyac var”.

Oxunma sayı 30