Qrup hərəkətləri komandamız dünya çempionatında ilk medalını qazanıb 

19:55 18.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Bolqarıstanın paytaxtı Sofiyada keçirilən dünya çempionatında bürünc medal qazanıb.

Hafta.az xəbər verir ki, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət kollektiv 3 lent və 2 topla hərəkətlərdə 30.750 xal qazanıb.

Qrup komandası bu nəticə ilə fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

Qeyd edək ki, bu, Azərbaycanın gimnastika tarixində qrup hərəkətləri komandasının dünya çempionatında qazandığı ilk nailiyyətdir.

Oxunma sayı 1958