Qubaya 14 sm qar yağıb - VİDEO 

10:05 25.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bir neçə gündür ölkə ərazisində davam edən qeyri-sabit hava şəraiti bölgələrdə kənd təsərrüfatına ciddi ziyan vurub. Belə ki, ötən gün axşam saatlarından başlayaraq şimal bölgəsində hava şəraiti pisləşib.

 

Hafta.az-ın məlumata görə, bölgənin bəzi ucqar yaşayış məntəqələrinə qar yağıb.

 

Ən çox qar Qubanın Qrız kəndində (14 sm) yağıb. Rayon ərazisində havanın temperaturu mənfi 1 dərəcəyədək enib. Eyni zamanda rayonun Xınalıq kəndində qarın hündürlüyü 10 sm çatıb.

 

Hazırda Qubanın digər ucqar dağ kəndlərində qar yağmaqda davam edir.

 

 
Oxunma sayı 36