Bu gün – aprelin 11-də Böyük Britaniya və Almaniyanın çağırdığı Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun (“Ramstayn- 27”) iclasında koalisiya üzvləri Ukrayna müdafiəçiləri üçün 21 milyard avrodan çox hərbi yardım göstərməyi öhdələrinə götürüblər.
Hafta.az xəbər verir ki, “UNİAN” müxbirinin verdiyi məlumata görə, Böyük Britaniyanın müdafiə naziri Con Hili bu barədə NATO-nun Brüsseldəki mənzil-qərargahında Ukraynanın müdafiəsi üzrə təmas qrupunun (“Ramştayn-27”) iclasının yekunlarına dair brifinqdə bildirib.
"Təmas Qrupunda bu gün elan edilmiş yeni hərbi dəstək öhdəlikləri 21 milyard avrodan çoxdur", - Hili vurğulayıb.
Britaniyalı nazirin vurğuladığı kimi, bu, Ukrayna üçün hərbi maliyyələşdirmənin rekord artımıdır və Ukraynanın döyüş meydanında mübarizəsinə dəstək də artmaqdadır.
Hili xatırladıb ki, Böyük Britaniya bu il Ukraynaya hərbi dəstək üçün 4,5 milyard funt sterlinq xərcləyəcək.