Yazını böyüt
Yazını kiçilt
Fevralın 5-də ölkə ərazisində gecə və səhər arabir duman ilə əlaqədar olaraq magistral avtomobil yollarının bəzi yerlərində görmə məsafəsinin 300-800 metrədək məhdudlaşacağı proqnozlaşdırılır.
Bu barədə hafta.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, dağlıq və dağətəyi rayonlarda şaxtalı hava şəraiti ilə əlaqədar olaraq yolların buz bağlayacağı ehtimalı var.