Roma məzarının sirri 20 il sonra açıldı

09:51 13.05.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Avstriyada 20 il əvvəl aşkarlanan məzarda bir-birini qucaqlayan iki şəxsin sevgili deyil, ana və qızı olduğu ortaya çıxıb. Avropa ölkəsində ilk dəfə olaraq Roma dövrünə aid belə məzar tapılır.

Hafta.az-ın “Live Science”a istinadən yazdığına görə, 2004-cü ildə arxeoloqlar qədim Roma şəhəri Ovilavadakı və indi Uels kimi tanınan qəbiristanlıqdan qızıl boyunbağılar, iki nəfərin cəsədini və ən azı bir atın qalıqlarını birlikdə tapdılar. Eramızın 6-7-ci əsrlərinə aid edilən məzardakı insanların bir-birini qucaqlaması onların evli cütlük olduğu fikrinə səbəb olub.

Vyana Universitetinin tədqiqatçıları DNT analizi və radiokarbon tarixçəsindən istifadə edərək bu kəşflə bağlı bəzi yanlış təsəvvürləri düzəldiblər. İlkin ehtimal ediləndən 500 il daha yaşlı olduğu təsbit edilən məzarın eramızın 2-3-cü əsrlərinə aid Roma dövrünə aid olduğu ortaya çıxıb.

“Journal of Archaeological Science: Reports” elmi jurnalında dərc olunan araşdırmanı aparan qrup cəsədlərin  cinsini və yaşını da müəyyən edib. Onlardan ikisinin birinci dərəcəli qohum əlaqəsi olan qadın olduğu müəyyən edilərkən birinin 20-25, digərinin isə 40-60 yaşlarında olduğu müəyyən edilib.

DNT nəticələrinə və yaş fərqinə görə arxeoloqlar iki qadının bacı deyil, ana və qız olduqları qənaətinə gəliblər. Tədqiqatın müəlliflərindən Silvia Kirçengast bu tapıntını “Live Science”a belə izah edir: "O dövrdə iki bacı arasında 20 yaş fərq olması ehtimalı azdır. Ona görə də biz ana-qız münasibətini düşündük”.

Qadınların atlı və qızıl boyunbağılarla dəfn edilməsi yuxarı təbəqəni göstərsə də, arxeoloqlar onların romalı olmadığını düşünürlər. Tədqiqatın aparıcı müəllifi Dominik Hagmann, romalıların atlarla yaxın münasibəti olmadığını söyləyir və əlavə edir: “Bildiyimizə görə, romalıların atlarla birlikdə basdırılması son dərəcə nadirdir”.

Hagmanna görə, ikili atları ilə birlikdə dəfn edildiyi bilinən Keltlər ola bilər. Sümüklərin tədqiqi nəticəsində arxeoloqlar yaşlı qadının tez-tez at sürdüyünə dair dəlillər də tapıblar.

İki nəfərin niyə birlikdə dəfn edildiyi bəlli olmasa da, tədqiqatçılar onların eyni vaxtda xəstəliyə tutulduqlarından və öldüklərindən şübhələnirlər.

Kirçengast araşdırmanın əhəmiyyətini bu sözlərlə vurğulayır: "Bu, Avstriyada Roma dövrünə aid olduğu genetik üsullarla sübut edilən ilk ana-qız məzarıdır".

Oxunma sayı 120