Yazını böyüt
Yazını kiçilt
Roma Papası Fransisk xəstəxanada dünyasını dəyişib.
Hafta.az xəbər verir ki, bu haqda "Reuters" Vatikan administrasiyasına məlumat yayıb.
Fransisk - Jorge Mario Bergoglio 1936-cı ildə Buenos-Ayresdə italiyalı mühacir ailəsində doğulub. 21 yaşında iezuit ordeninə daxil olub. 2013-cü il martın 13-də XVI Benediktdən sonra 266-cı Roma papası seçilib.
Fransisk ənənəvi protokola uyğun gəlməyən addımları ilə yadda qalıb. O, cümə günləri gözlənilmədən xəstəxanaları, xeyriyyə müəssisələrini və ya adi insanların evlərini ziyarət edirdi. Pasxa bayramından öncə cümə axşamları həbsxanalardakı məhbusların və ya mühacirlərin ayaqlarını yuyurdu.