Rusiya 1200 meyiti geri qaytardı

21:27 13.06.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiya Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri də daxil olmaqla, həlak olmuş daha 1200 ukraynalının cəsədini Ukraynaya təhvil verib.

Hafta.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, görülən repatriasiya tədbirləri nəticəsində 1200 nəfərin cəsədi Ukraynaya qaytarılıb.

Qeyd edilir ki, meyitlər Ukrayna vətəndaşlarına, xüsusən də hərbçilərə məxsusdur.