Rusiya hərbçiləri Kəlbəcərin bu kəndinki erməni uşaqlara hədiyyə payladı - FOTO

19:12 24.01.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Qarabağdakı rəsmən sülhməramlı sayılan kontingentinin humanitar reaksiya mərkəzinin mütəxəssisləri humanitar aksiya çərçivəsində  Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Yayıcı kəndində aztəminatlı ailələrdən olan 50-dən çox erməni uşağa hədiyyələr təqdim ediblər.

Hafta.az xəbər verir ki, bu haqda məlumat Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında yayılıb.

“Bu gün Mardakert rayonunun Koçoqot(Kəlbəcər rayonunun Yayıcı kəndi-S.L.) kəndində humanitar aksiya keçirilib. 54 uşağa hədiyyələr və 40 kq konfet verilib. Həmçinin bu həftə Mardakert rayonunun Cenetek kəndində(Tərtər rayonunun Canyataq kəndi-S.L.) humanitar aksiyanın keçirilməsi planlaşdırılır”, - Rusiya hərbi kontingentinin nümayəndəsi Aleksandr Kudrin belə deyib.

Yayıcı kəndindəki məktəbdə keçirilən humanitar aksiyada Rusiya sülhməramlıları xeyriyyəçilərlə birlikdə uşaqlara oyuncaqlar və şirin hədiyyələr təqdim ediblər. 

Oxunma sayı 145
Siyasət rubrikasından digər xəbərlər