Rusiya mərmilərinin 70%-dən çoxu hədəfləri vurmur… - RƏSMİ

18:27 07.07.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Ukraynada atdığı idarə olunmayan mərmilərin və idarə olunan hava raketlərinin 70%-dən çoxu məqsədinə çatmır.

Hafta.az xəbər verir ki, “İnterfaks-Ukrayna”nın yaydığı məlumata görə, bunu Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı Əməliyyat İdarəsinin rəis müavini Aleksey Qromovun iyulun 7-də keçirdiyi brifinqdə söyləyib.

"Bizim davranışlarımız mövcud hava hücumundan müdafiə sisteminin fəaliyyətinin kifayət qədər yüksək effektivliyindən və zenit-raket komplekslərinin döyüş qulluqçularının məharətindən xəbər verir. Düşmənin endirdiyi hava zərbələrinin böyük əksəriyyəti hədəflərinə çatmır. Atılan idarə olunmayan mərmilərin və idarə olunan hava raketlərinin 70%-dən çoxu çöllərə, dənizə və ya qoşunlarımızın yerləşdiyi mövqelərdən kənara düşür ki, bu da etibarlı hava hücumundan müdafiə sistemimizin mövcudluğunu, habelə Rusiya pilotlarının rəhbərlərinin cinayət əmrlərini yerinə yetirmək naminə həyatlarını riskə atmayaraq havadan müdafiə sistemlərimizin məhvetmə zonasına daxil olmaq istəməməsini göstərir"- deyə Qromov bildirib.

Ukrayna Baş Qərargah rəsmisinin sözlərinə görə, hərbi əməliyyatlar başlayandan indiyədək RF Silahlı Qüvvələri əməliyyat-taktiki aviasiyası Ukrayna ərazisinə 6443 uçuş həyata keçirib, “İsgəndər” və “Kalibr” tipli qanadlı raketlərlə 626 zərbə endirib.

Yalnız iyulun 5-də işğalçılar mühüm infrastruktur obyektlərinə, mülki və hərbi obyektlərə 27 raket zərbəsi( o cümlədən hərbi infrastruktura, Ukrayna qoşunlarının yerləşdiyi ərazi və mövqelərə 14 zərbə)  endirib.

Oxunma sayı 195