Rusiyada gənclər “nikah müqaviləsi”nin tərəfdarıdırlar

09:54 25.12.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyada aparılan araşdırmaya görə, gənclərin 69 faizi toydan əvvəl həyat yoldaşları ilə nikah müqaviləsi bağlamağı düzgün hesab edir. Araşdırmanı aparan “Yeni Çağ” Humanitar Texnologiyaların İnkişafı Mərkəzi gənclərin evlilik və uşaq sahibi olmaq üçün ideal yaş həddi olaraq 22-29 yaş aralığını gördüklərini açıqlayıb.

Hafta.az-ın TASS-a istinadən yazdığına görə, gənclərin 96 faizi rəsmi nikahı ailə qurmaq üçün ən yaxşı yol hesab edir, 61 faizi isə nikahsız birlikdə yaşamağı məqbul sayır. Bundan əlavə, 63 faiz dini mərasimlər vasitəsilə nikahları uyğun variant hesab edir. Lakin ilk uşağın doğulması adətən 30-35 yaşa təxirə salınır və gənclərin 20 faizi müxtəlif səbəblərdən uşaq sahibi olmaq istəyini reallaşdıra bilmir.

Gənclər düşünürlər ki, ailədə məsuliyyətlər bərabər bölünməlidir. Ev işi, rahatlığın təmin edilməsi və strateji qərarlar kimi sahələrdə bərabərlik vurğulanarkən, iştirakçıların yüzdə 44-ü təhlükəsizlik üçün kişilərin, yüzdə 32-si isə maliyyə sabitliyindən kişilərin cavabdeh olması lazım olduğunu bildirir. Bundan başqa, gənclərə xəyanət, zorakılıq və aludəçilik ailənin ən böyük problemi kimi görünür.

Araşdırma həmçinin üzə çıxarıb ki, gənclərin 79 faizi müxtəlif millətlərdən olan biri ilə evlənməyə hazırdır. Gənclər Qərbi Avropa ölkələrindən (İngiltərə, Almaniya, Fransa, İtaliya, İspaniya) 74 faiz nisbətində evliliyi qəbul edir, 20 faiz isə Mərkəzi Asiyadan olan biri ilə evliliyə müsbət yanaşır. Yenə immiqrantlarla evliliyi qəbul edənlərin nisbəti yüzdə 46 olaraq qeyd olunub.