Rusiyada mühacir uşaqları bu gün rus dilindən imtahan verəcək

09:10 01.04.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyada 1 aprel 2025-ci il tarixindən etibarən mühacir uşaqların məktəbə qəbulu üçün rus dili biliyi testləri aparılmağa başlanacaq.

Hafta.az-ın yazdığına görə, bu haqda danışan Rusiya baş nazirinin müavini Dmitri Çernışenko deyib ki, hazırda “Rosobrnadzor” test üsullarını, qiymətləndirmə meyarlarını və tədris materiallarını hazırlayır. Çünki müxtəlif siniflər üçün fərqli test səviyyələri tələb oluna bilər. 2025-ci il aprelin 1-dən bu təcrübə sistemli şəkildə ölkənin bütün təhsil müəssisələrində tətbiq olunacaq.

Hər il təxminən 155 min mühacir uşaq rus məktəblərində oxuyur. Rusiya Dövlət Duması daha əvvəl rus dilini bilməyən mühacir uşaqların məktəblərə qəbulunun qarşısını alan qanun layihəsini təsdiqləmişdi. Bu uşaqlar indi rus dilini bilmələrini ölçən imtahandan keçməlidirlər.

Təhsil Nazirliyi dil imtahanlarının dövlət və ya bələdiyyə məktəblərində ödənişsiz aparılacağını açıqlayıb.