Rusiyada övladı olmayanlardan vergi tutula bilər

11:10 05.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya əhalinin azalması probleminin həlli yollarını axtarmağa davam edir.

Haftra.az-ın yazdığına görə, “Qovorit Moskva” radiosunda qonaq olan Dövlət Dumasının Büdcə və Vergi Komissiyasının üzvü Yevgeni Fyodorov bildirib ki, Sovet İttifaqında olduğu kimi “uşaqsızlıq vergisi” tətbiq oluna bilər.

Fyodorov, əhali probleminin həlli üçün mühacirlərin Rusiya vətəndaşı edilməsinin və analıq kapitalı da daxil olmaqla hər cür variantın istifadə edilməli olduğunu, lakin belə layihələr üçün büdcə olmadığı təqdirdə uşaqsızlıq vergisinin də tətbiqlənə biləcəyini bildirib.

Xatırladaq ki, Sovet İttifaqı müharibədə həlak olan milyonlarla insanın yerini doldurmaq üçün artımı təşviq etmək məqsədilə 1941-ci ildə xalq arasında "testis vergisi" kimi tanınan uşaqsızlıq vergisini yığmağa başladı. Övladı olmayanların ödədiyi vergi dərəcəsi 1944-cü ildə 6 faizə qaldırılmışdı.

Uşaqsızlıq vergisinin tətbiqi 1990-cı illərdə dayandırılıb.

Oxunma sayı 238