Rusiyada qeyri-qanuni mühacirlərin sayı açıqlandı

09:24 04.02.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, hazırda ölkə üzrə 670 min nəfər qeyri-qanuni vəziyyətdədir.

Hafta.az-ın yazdığına görə, daxili işlər nazirinin müavini Aleksandr Qorovoy bildirib ki, onların yarıdan çoxu qadın və uşaqlardır.

Gorovoy qeyd edib ki, 30 dekabr 2024-cü il və 30 aprel 2025-ci il tarixləri arasında lazımi sənədləri olmadan ölkədə qalan bütün immiqrantlar müvafiq qurumlara müraciət edərək hüquqi statuslarını tənzimləyə bilərlər.

Nazir müavini bildirib ki, yoxlamalar nəticəsində ictimai asayişi təhdid edən hər hansı cinayət törətməyən mühacirlərin statusu qanuniləşdiriləcək. Əks halda bu insanlar ölkəni tərk etməli olacaqlar.

2024-cü ilin dekabrında Rusiya prezidenti Vladimir Putin immiqrantların ya ölkəni tərk etmələrini, ya da hüquqi statuslarını dəyişmələrini tələb edən fərman imzalayıb. Bundan əlavə, 2025-ci il fevralın 5-dən Rusiyada yeni deportasiya rejimi tətbiq olunacaq. Bu çərçivədə immiqrantları məhkəmə qərarı olmadan deportasiya etmək səlahiyyəti Daxili İşlər Nazirliyinə veriləcək.