Rusiyanın 7 aeroportu bağlanıb

10:21 15.02.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın yeddi hava limanında “Xalça” planı tətbiq olunub, təyyarələrin eniş və uçuşu qadağan edilib.

Hafta.az bu barədə rus KİV-lərinə istinadən xəbər verir.

Məlumata görə, uçuş və enişlərə qoyulmuş qadağa Həştərxan, Vladiqafqaz, Volqoqrad, Qroznı, Kaluqa, Saratov və Ulyanovsk aerportlarında qüvvəyə minib.

Buna səbəb hava məkanında pilotsuz uçan aparatların olmasıdır.