Rusiyanın Ukrayna müharibəsi ilə bağlı SON ÜMİDİ

20:13 16.05.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rusiya Federasiyası hakimiyyətinin Ukrayna ilə müharibədə son ümidi atəşkəsin bağlanmasıdır ki, bu da sonradan çox uzun müddət müzakirə oluna bilər.

Hafta.az xəbər verir ki, rusiyalı politoloq və publisist Andrey Piontkovski milli telemarafonun efirində deyib ki, “Moskvanın öz üzünü xilas etmək üçün Ukrayna ərazisinin heç olmasa bir hissəsini əllərində saxlaması çox vacibdir”.

Onun sözlərinə görə, yaxın gələcəkdə Rusiyanın “diplomatik və təbliğat hücumu” məhz bu istiqamətdə baş verəcək.

"... Siz barışıq bağlaya bilərsiniz və sonra çox uzun müddət diplomatik müzakirələr apara bilərsiniz. Bu, Moskvanın son ümididir...", - ekspert xəbərdarlıq edib.

Oxunma sayı 909
Siyasət rubrikasından digər xəbərlər