Rusiyanın Suriyadakı Xmeymim aviabazasına "Sarayya Burkan əl-Furat" qruplaşmasının üzvləri hücum edib. Onlar mayın 20-də səhər saatlarında hücuma görə məsuliyyəti öz üzərinə götürüblər və ruslara “torpaqlarından” çıxmaları üçün bir ay vaxt veriblər.
Hafta.az Ukrayna mediasına istinadla xəbər verir ki, bu barədə Rusiyanın "Voyennıy osedomitel"(“Hərbi xəbərçi”) telegram-kanalı məlumat yayıb.
Onlar bildiriblər ki, əvvəllər "Heyət Təhrir əş-Şam"ın “Qırmızı dəstələr” adlı xüsusi bölməsinin üzvü olmuş iki nəfər hücum zamanı həlak olub.
Qrup Rusiyanı Suriyadan çıxmağa çağırır və bunun üçün ona bir ay vaxt verir. Əks halda silahlılar Rusiya bazalarına yeni hücumlarla hədələyirlər.
Suriyalılar “Rusiya işğalçıları torpaqlarımızdan çıxmalıdır, yoxsa cəsədlərinizi evlərinizə başsız göndərəcəyik”, deyə suriyalılar xəbərdarlıq edib.
"Sarayya Burkan əl-Furat" qruplaşması 2024-cü ilin noyabrında yaradılıb və ilkin məqsədi Suriyada Rusiya və İranın təsirinə qarşı çıxmaq olub. Bəşər Əsədin devrilməsindən sonra qruplaşmanın rəhbərliyi ilə yeni hökumətlə çətin münasibətlər yaranıb və onlar Əhməd əl-Şaranın rəhbərliyi altında ölkənin Müdafiə Nazirliyinə inteqrasiyadan imtina ediblər.
"Bu qrupun yeni hücumlarla bağlı təhdidlərinin əslində nə dərəcədə həyata keçirilə biləcəyi məlum deyil, lakin yeni mərkəzi hökumət tərəfindən idarə olunmayan silahlı yaraqlıların mövcudluğu faktının özü artıq çox şey deyir. Əl-Şara tərəfindən nəzarətin itirişməsi ilə Rusiya hərbi obyektlərinin təhlükəsizliyi getdikcə daha az təmin olunur", - "Osvedomitel" yekunlaşdırır.
Xatırladaq ki, Suriyada yerli sakinlər tərəfindən Rusiyanın Xmeymim hərbi bazasına növbəti hücum olub. Atışma baş verib, nəticədə hər iki tərəfdən itki var.