Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi sürücülərə müraciət edib.
İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli hafta.az-a bildirib ki, sabah, 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin yürüşləri və nümunəvi çıxışları təşkil olunacaq.
DYP rəsmisi bildirib ki, hərbi orkestrlər iyunun 26-sı saat 10:00-dan 12:00-dək aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:
"Bununla əlaqədər olaraq Heydər Əliyev sarayı - Bülbül prospekti - Nizami kinoteatrı - Neftçilər prospekti - Azadlıq meydanı - AMAY ticarət mərkəzi; Şəhidlər Xiyabanı - Alov qüllələri - İçərişəhər metrosu - Qala qapısı - Kukla teatrı - AzNeft dairəsi - Bəhram Gur heykəli; Hüseyn Cavid parkı - Hüseyn Cavid prospekti - Parlament prospekti - Şəhidlər Xiyabanı; Zabitlər parkı - Milli Sirk - Heydər Əliyev sarayı - Səməd Vurğun küçəsi - Neftçilər prospekti; Nərimanov heykəli - Mərkəzi park - Milli Dram Teatrı - Qış parkı - Heydər Əliyev sarayı - Milli Bank istiqamətlərində şəxsi minik maşınlardan istifadə etmək tövsiyə olunmur".
A.Əsgərlinin sözlərinə görə, qeyd edilənlərə riayət edilməsi bu tədbirin yüksək səviyyədə keçirilməsi üçün vacibdir.