Sahibə Qafarova İrana gedir 

09:00 03.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova İranın yeni seçilmiş prezidenti Seyid İbrahim Rəisinin andiçmə mərasimində iştirak edəcək.

 

Hafta.az xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfiri Abbas Musəvi yerli mətbuata açıqlamasında deyib.

 

Diplomat bildirib ki, xanım spikerin başçılıq etdiyi nümayəndə heyəti avqustun 5-də keçiriləcək innoqrasiya mərasiminə qatılacaq.

 

Səfirin sözlərinə görə, nümayəndə heyətinin tərkibində Baş nazirin müavini Şahin Mustafayev, Azərbaycan XİN rəhbərinin müavini və bir neçə yüksək vəzifəli şəxslər olacaq.

Oxunma sayı 422
Siyasət rubrikasından digər xəbərlər