“Seçkilər görünməmiş xarici müdaxilə fonunda keçiriləcək” - İrakli Kobaxidze

09:05 12.08.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Parlament seçkiləri misli görünməmiş, kobud xarici müdaxilə fonunda keçiriləcək ki, bu da seçki prinsiplərinin çox açıq şəkildə pozulmasıdır”.

Hafta.az-ın yazdığına görə, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib. Hökumət başçısının fikrincə, hər şey edilməlidir ki, avtoritarizm və agentlik hakimiyyəti Gürcüstana bir daha qayıtmasın.

“Çox kədərlidir. Yaxşısı budur ki, kənar müdaxilə son nəticədə seçkilərin nəticələrinə təsir edə bilməz. Hər kəs kimin kim olduğunu, nəyə xidmət etdiyini bilir, o cümlədən bu cür kənar müdaxilələr. Saakaşvilinin şəkillərinin nümayiş olunduğu tədbiri demokratiya festivalı adlandıranda aydın olur ki, əslində Gürcüstanda kimsə avtoritarizm festivalı keçirməyə, avtoritarizmi Gürcüstana qaytarmağa çalışır. Bu avtoritarizmin nəticəsi 2008-ci il müharibəsi idi. Biz hər şeyi etməliyik ki, avtoritarizm Gürcüstana heç vaxt qayıtmasın”, – İrakli Kobaxidze bildirib.

Siyasət rubrikasından digər xəbərlər