Səfirlik David Babayanın Rusiyaya səfəri ilə bağlı informasiyaya aydınlıq gətirib

21:58 20.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Özünü “Artsax Respublikasının xarici işlər naziri” kimi təqdim edən David Babayanın Rusiyaya “işgüzar səfər” etməsi və bu ölkənin siyasi dairələri ilə görüşlər keçirməsinə dair bir sıra erməni KİV-də yayılmış xəbərlərlə bağlı Azərbaycanın Moskvadakı səfirliyi tərəfindən Rusiya Federasiyasının aidiyyəti qurumlarına müraciət olunub.

Səfirlikdən hafta.az–a bildiriblər ki, Rusiya tərəfindən daxil olmuş məlumata əsasən, sözügedən səfər şəxsi xarakter daşıyır və qeyri-rəsmi səfər kimi qəbul edilir. Adıçəkilən şəxslə heç bir siyasi məsləhətləşmələr aparılmayıb.

Səfirlik qeyd edir ki, bu kimi məlumatların erməni mətbuatında yayılması təxribatdır və məqsədi ictimaiyyəti çaşdırmaq, uğurla inkişaf edən Azərbaycan-Rusiya əməkdaşlığına kölgə salmaqdır.

Oxunma sayı 23