Şəhərdə zəruri ehtiyaclar istisna olmaqla SUDAN İSTİFADƏ YASAQLANDI

09:45 04.10.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İspaniyada davam edən quraqlıq səbəbilə Sevilyada zəruri ehtiyacları ödəməkdən kənar sudan istifadə yasaqlanıb.

Hafta.az-ın yazdığına görə,  bu haqda açıqlama verən Sevilya bələdiyyəsindən bildirilib ki, son günlər bölgədə yaşanan quraqlıq və yağıntıların olmaması şəhərin su ehtiyatının xeyli azalması ilə nəticələnib və şəhərdə quraqlıqla bağlı fövqəladə vəziyyət elan edilib.

Su istehlakına məhdudiyyətlərin də yer aldığı bələdiyyə qərarında qeyd olunur ki, hər cür qeyri-vacib su istehlakına, xüsusilə əyləncə və bəzək işlərinə məhdudiyyətlər qoyulub, qadağaya əməl etməyənlər cəzalandırılacaq.

Sevilya şəhərində avtoyuma məntəqələri istisna olmaqla, avtomobillərin şlanqla yuyulması, avtomatik bağlanma funksiyası olmayan ictimai içməli su fəvvarələrindən istifadə edilməsi, şəhərin magistral sularından istifadə edərək bağların və yaşıllıqların sulanması, küçələrin yuyulması və dövriyyə sistemi olmayan hovuzları doldurmaq qadağan edilib.

Sərəncamda vətəndaşlardan görülən tədbirlərə əməl etməyə və sudan şüurlu istifadə etməyə dəvət edilərkən, əks hallar yarandıqda aidiyyəti qurumlara məlumat vermələri istənilib.

Qeyd edək ki, Sevilya meri Antonio Munoz bu yaxınlarda şəhərdə su qıtlığı ilə bağlı açıqlamalar verərək lazımsız su istehlakının qadağan ediləcəyini bildirmişdi.

Oxunma sayı 796