Şəhid atasının evi yandı 

09:21 21.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qax rayonunun Qaxbaş kəndində Heydərov Nasim Paşa oğluna məxsus ev yanıb.

 

Hafta.az "Qafqazinfor"ya istinadən xəbər verir ki, yanğın bu gün günorta saatlarında baş verib.

 

Yanğın zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 120 kvadrat metr olan kürsülü ev icərisindəki əşyaları ilə birlikdə tamamilə yanıb.

 

Yanğın yerinə iki yanğınsöndürən maşın və şəxsi heyət cəlb olunub.Yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.

 

Qeyd edək ki, Nasim Heydərovun oğlu Müslüm Heydərov vətən uğrunda şəhid olub.

Oxunma sayı 15