Şəhid Elməddin Abbasov Sumqayıtda dəfn olunub

17:51 23.05.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Abbasov Elməddin Şirxan oğlunun meyitinin qalıqları Sumqayıta gətirilib. O, Gəncə şəhərində Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunmuşdu.

 

Hafta.az xəbər verir ki, Sumqayıtda keçirilən dəfn mərasimində şəhidin ailə üzvləri ilə yanaşı, Cəbrayıl Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, rayon ictimaiyyətinin nümayəndələri, qazilər iştirak ediblər.

 

Cənazə namazından sonra şəhid Elməddin Abbasov torpağa tapşırılıb, ruhuna dualar oxunub.

 

Hərbi orkestrin ifasında Azərbaycanın Dövlət himni səsləndirilib. Əsgərlər şəhidin xatirəsinə yaylım atəşi acıblar.

 

Qeyd edək ki, 1975-ci ildə Cəbrayıl rayonunda anadan olan Abbasov Elməddin Şirxan oğlu 1994-cü ildə Murovdağ istqamətində gedən döyüşlərdə itkin düşmüş sayılırdı.

Oxunma sayı 94