Şəhriyar Məmmədyarov fransalı həmkarına qalib gəldi

17:50 14.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən "Superbet Chess Classic " turnirinin qalibi Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov olub. 

 

Hafta.az xəbər verir ki, o, fransalı Maksim Vaşye-Laqravla heç-heçə edib və xallarını 6-ya yüksəldərək rəqibləri üçün əlçatmaz olub. 

 

Digər şahmatçımız Teymur Rəcəbov isə erməni Levon Aronyanla üz-üzə gəlib və bərabərliyə razılaşıb. O, turniri 4,5 xalla başa vurub. 

Oxunma sayı 298